AZ

Eks sevgilisi üzünə "kislota" atan məşhur aparıcı danışdı: "Protez göz taxılacaq" - FOTO

16 il əvvəl üzü asitlə yandırılan məşhur britaniyalı teleaparıcı Keti Payper səhhətindəki problemlərdən danışıb.
 
Süni göz quraşdırmağı planlaşdırdığını bildirib.
 
Piper oftalmoloq kreslosunda əyləşən şəklini yayımlayaraq bunları yazıb:
 
"Göz sağlamlığımla uzun illər mübarizə apardıqdan sonra, qırılma nöqtəsinə çatdım və protez göz almağa qərar verdim".
 
Teleaparıcı dəyişikliklərdən əsəbi olduğunu etiraf edib və tibbi prosedurlara dözə biləcəyinə ümid etdiyini bildirib.
 
2021-ci ildə televiziya ulduzu 16 il əvvəl hücumun ona yeni bir qorxu verdiyini açıqlamışdı. Piper demişdi ki, maskalar taxan insanları görəndə çox təşvişə düşür.
 
Xatırladaq ki, 2008-ci ildə aparıcının keçmiş sevgilisi Piperə hücum edərək və üzərinə kislota atmışdı. Televiziya ulduzu süni komaya salınıb və həkimlər onun üzünə dəri transplantasiyası həyata keçiriblər. Piper korluğunu və yanıqlarını müalicə etmək üçün yüzlərlə əməliyyat keçirib. 2015-ci ildə ailə qurub və uşaq dünyaya gətirib.
 
 
 
Seçilən
3
moderator.az

1Mənbələr