AZ

Ukrayna Britaniya ilə 100 illik saziş İMZALAYACAQ

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynaya səfər edib.

Modern.az bu barədə AP agentliyinə istinadən xəbər verir.

Britaniya hökuməti bildirib ki, Starmer və Ukrayna prezidenti Volodimir Zelenski müdafiə, elm, enerji və ticarət kimi sahələri əhatə edən “100 illik tərəfdaşlıq” imzalayacaqlar.

Müqavilə hər iki tərəfi müdafiə və texnologiya layihələri, o cümlədən pilotsuz uçuş aparatları (PUA) üzrə əməkdaşlığı nəzərdə tutulub.

Saziş, həmçinin Ukrayna taxılının tədarükünü izləməyə kömək edən sistemin tətbiqini nəzərdə tutur.

"The Guardian" yazır ki, Keir Starmer iqtisadiyyatı bərpa etmək üçün Kiyevə 40 milyon funt-sterlinq ayrılacağını elan edəcək.

Seçilən
2
2
modern.az

3Mənbələr