AZ

Ötən il Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlandı

Ötən il Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi məlum olub.

FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"2024-cü ilin yanvar - dekabr aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt·st, ixracı 1 397,5 mln. kVt·st, idxalı 170,5 mln. kVt·st olub.

2023-cü illə müqayisədə, elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 247,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 476,9 mln. kVt·st artıb.

Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 14% olub", - deyə paylaşımda qeyd olunub.

ÖtənÖtən
Seçilən
3
7
fed.az

10Mənbələr