AZ

Türkiyəyə qarşı birləşdilər - İran öz “düşmən”i ilə ittifaqa girdi

Suriya Milli Ordusunun 2-ci Korpus komandiri Fəhim İsa PKK/YPG terror təşkilatının İrandan aldığı kamikadze PUA-ları ilə Set-Tişrində hökumətin mövqeləri və mülki insanları vurduqlarını açıqlayıb.

Teleqraf.com “Türkiyə” qəzetinə istinadla xəbər verir ki, İsa bu günlərdə 80 PUA hücumunun qeydə alındığını bildirib.

“Kamikadze dronlar hərbçiləri yox, mülki insanları hədəfə alır. İran dekabrın 8-dən sonra PKK-ya dəstəyini xeyli artırıb. Əslində, illərdir Əsədə xidmət etmiş mütəxəssislər indi PKK sıralarında bizə qarşı vuruşurlar. Bizdə məlumat var ki, İraq sərhəddini keçən yaraqlılar və mütəxəssislər var. Bütün silahlarını və Hələb, Deyr əz-Zor və Hasəkədə nəzarət etdikləri bölgələri PKK-ya buraxmaq da eyni strategiyanın bir hissəsidir. Uğur qazana bilmirlər, amma Suriyanı parçalamaq, Türkiyəyə zərər vermək israrları davam edir”, - komandir deyib.

Fəhim İsanın sözlərinə görə, İran "düşmən" adlandırdığı ABŞ ilə PKK/YPG-ni qorumaq üçün ittifaqa girib:

“Ümumi məqsədləri İraqda olduğu kimi Suriyanı da parçalamaqdır. Bizim yeganə səyimiz Suriyanın vahid və bütöv qalmasını təmin etməkdir. Set-Tişrin və Karakozakda məsələ bitdikdə bütün terror kantonlarının, xüsusilə Ayn əl-Ərəbin qapıları üzümüzə açılacaq. Buna görə də İran səngərlərə keçib. ABŞ artıq de-fakto PKK-nın yanındadır. Rejimin süqutu və İran qüvvələrinin Suriyadan çıxarılması terror təşkilatına ağır zərbə oldu, bütün motivasiyalarını itiriblər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
1
teleqraf.com

1Mənbələr