Dünya tarixinin ən güclü sərkərdə və hökmdarlarından biri Fateh Mehmet Sultan hakimiyyətə gələndən sonra ona qədər heç bir Sultanın ələ keçirə bilmədiyi Konstantinopol şəhərini imperiyanın paytaxtı etmək üçün planlar hazırlayır. Yuxuda gördüyü " Qızıl alma"- Konstantinopol şəhərini fəht etmək məqsədilə müharibə elan etmək üçün zəmin axtarır. Lakin bu zəmin onun üçün yaranmırdı. Fatehin arzusuna çatmaq üçün isə bir səbəb -"qoyun davası" ona müharibəyə başlamağa şərait yaradır..
1452-ci ildə kiçik bir dəstə Osmanlı əsgəri Bizans yaxınlığında düşərgə salır. Onlara gələn ərzaq iki gün gecikir və əsgərlərdən biri Konstantinopol şəhəri yaxınlığına gəlir. Burada qoyun sürüsü otaran çobanlara yaxınlaşır və pulu ilə iki qoyun almaq istəyir.
Çobanlar ona imtina edir və bu söhbət əlbəyaxa davaya çıxır. Osmanlı əsgərini çobanlar döyür və əsgər öz dəstəsini köməyə çağırır. Konstantinopol şəhərindən də çobanlara hərbi dəstə gəlir və ikitərəfli savaşda ondan çox Osmanlı və Bizans əsgəri öldürülür. Neçə neçə qoyun da bu döyüşdə məhv olur.
Bu xəbərdən sonra şəhərin qapılarını bağlayan XI Konstantinin Fateh Mehmet Sultana üzrxahlıq məktubu yazıb, Osmanlı əsgərlərinə dəyən zərəri ödəməyə öhdəlik götürsə də Fateh bununla razılaşmır. Artıq Püşk atılmış idi, Mehmet Bizans imperiyasına müharibə elan edir və nəticə Konstantinopol şəhəri fəth edilir minlərlə insanın qanı bahasına. Şəhər fəthdən sonra İstanbul adlandırılır və Böyük Osmanlı planının ən əsas hədəfinə nail olunur.
İndi də Kaliforniyada baş verən yanğınlar deyəsən Böyük Amerika (Kanada, Meksika və Qrelandiya ) üçün zəmin yaradacaq...
Zaur Əliyev, tarixçi alim