Elektrikli avtomobillərə keçid xərcləri, çip böhranı, yüksək inflyasiya və bazar mübarizəsi Almaniya avtomobil sənayesində böhran və iflasların ardıcıl baş verməsinə səbəb olur.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, son olaraq, ölkədə Metall-Beschichtung Wurmlingen (Mbw) şirkəti maliyyə çətinlikləri səbəbindən iflas ərizəsi təqdim edib.
Almaniya avtomobil sənayesindəki böhran bir daha iflas xəbəri ilə gündəmə gəlib. Cənubi Almaniyanın Vurmlinqen şəhərində yerləşən Metall-Beschichtung Wurmlingen (Mbw) şirkəti maliyyə çətinlikləri səbəbindən iflas etdiyini elan edib.
6 istehsal zavodunda fəaliyyət göstərən və 320 işçisi olan şirkət artan xərclər və avtomobil sənayesindəki ümumi durğunluq səbəbindən çətin günlər keçirir.
Şirkətin İcraçı Direktoru Vanessa Şmit bu vəziyyəti Ostthürinqer Zeitunq-a verdiyi açıqlamada artan enerji, material və işçi xərclərinin yalnız qismən müştərilərə yansıdığını və bunun şirkət üzərindəki yükü artırdığını bildirib.
Təxminən iki il əvvəl Mbw, Mühlhausen şəhərindəki zavodunu müasir maşınlarla təchiz edərək istehsal gücünü artırmaq üçün böyük sərmayələr yatırmışdı. İcraçı Direktor Şmit yenidən qurma prosesində işçilərinə həssas yanaşacaqlarını və prosesi şəffaf şəkildə idarə edəcəklərini bildirib. O, "Yenidən qurulma prosesini şəffaf və proqnozlaşdırıla bilən etmək üçün əlimizdən gələn hər şeyi edirik" deyə, açıqlama verib.
ZAVOD FƏALİYYƏTİNƏ DAVAM EDİR
İflas ərizəsi təqdim etməsinə baxmayaraq, Mbw-nin Mühlhausen-dəki zavodu fəaliyyətini davam etdirir. Şirkət işçilərinin maaşlarının fevral ayına qədər təmin edildiyini açıqlayıb. Müvəqqəti iflas meneceri Dirk Pehl şirkətin əsas prioritetinin əməliyyatları davam etdirmək və zavodun təhlükəsizliyini təmin etmək olduğunu bildirib.
O, "Hazırda əsas prioritetimiz əməliyyatları davam etdirmək və zavodu təmin etməkdir" deyə, açıqlama verib.
Hüseyn
Milli.Az