Baş direktoru Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar olan Fergani Space-in ilk peyki FGN-100-d1, SpaceX Falcon 9 raketi ilə ABŞ-dakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından kosmosa buraxılıb.
Fins.az xəbər verir ki, FGN-100-d1 raketi Transporter-12 missiyası çərçivəsində SpaceX-in Falcon 9 raketi ilə kosmosa buraxılıb.
ABŞ-dakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından atılan Transporter 12 missiyası kubat, mikropeyk və orbital nəqliyyat vasitələri də daxil olmaqla, kosmosa 131 faydalı yük daşıyıb. Bu faydalı yüklər arasında Fergani Space-in ilk FGN-100-d1 peyki və Türkiyənin kosmik texnologiya şirkətlərindən biri olan Plan-S peykləri var.