AZ

“Türkiyənin Hələbdəki Baş konsulluğu yanvarın 20-də fəaliyyətə başlayacaq” - Hakan Fidan

“Türkiyənin Suriyanın Hələb şəhərindəki Baş konsulluğu yanvarın 20-dən fəaliyyətə başlayacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriyanın yeni hökümətinin xarici işlər naziri Əsaad Həsən əl-Şibani ilə keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib.

“12 illik fasilədən sonra Dəməşqdə səfirliyimizi açdıq. Hələbdəki Baş konsulluq yanvarın 20-dən fəaliyyətə başlayacaq. “Türk Hava Yolları”nın da Suriyaya reysləri yaxın vaxtlarda başlayacaq”, - deyə siyasətçi vurğulayıb.

Fidan bildirib ki, inklüziv siyasi prosesin qurulması vacibdir və bu ölkəyə qarşı sanksiyalar aradan qaldırılmalıdır.

O, Suriyadakı terror məsələsinin nəhayət həll edilməli olduğunu da bəyan edib: 

“Bölgənin gələcəyində terrora yer yoxdur. Bölgə müharibələrdən çox əziyyət çəkdi. Özümüzü terrordan və zorakılıqdan qurtarmağın vaxtıdır. Türkiyə ilə Suriya arasında dostluq əlaqələri son dərəcə güclüdür. Əməkdaşlığımız Suriyada başlayacaq yeni dövrə çevriləcək. Türkiyənin arzusu sülh içində yaşayacaq Suriyadır”, - deyə Fidan əlavə edib.

Onun sözlərinə görə, Türkiyə Suriyada terrorla mübarizə üçün bütün imkanlarından istifadə etməyə hazırdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr