AZ

Slovakiya Putin və Trampın 2025-ci ildə Ukrayna problemini həll edəcəyinə inanır

Yanvarda vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı əlaqəsi 2025-ci ildə Ukrayna probleminin həllinə kömək edəcək.

“İki sahil” xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri Andrey Danko deyib.

“Slovaklar çexlərlə mübahisə edəndə, polyaklar və macarlar və ya slovaklarla macarlar arasında gərginlik yarananda, bizim aramızdakı münaqişələr Qərbdən qaynaqlanır, almanlar, fransızlar və amerikalılar xoşbəxt olurlar. Çünki onlar bundan pul qazanırlar", deyə Andrey Danko bildirib.

O, bir çox Qərb dövlətlərinin müstəmləkələrinin olduğunu söyləyib: "Qərb ölkələri bu yanaşmanı dəyişməyib. Onlar öz həyat standartlarını qorumaq istəyirlər, başqasının onlar üçün işləməsini istəyirlər".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
2
ikisahil.az

1Mənbələr