AZ

Masallı sakinindən 6 kq narkotik vasitə götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Seçilən
6
15
operativmm.az

10Mənbələr