Türkiyədə “Siberağ-15” əməliyyatı keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, 9 vilayətdə baş tutan əməliyyatda 21 nəfər saxlanılıb.
Bildirilib ki, 2017-2024-cü illər arasında piramida sxemi ilə onların hesablarına 478 milyon 473 min TL köçürülüb.
Qeyd olunub ki, əməliyyatlar zamanı 752 bank/kriptovalyuta hesabı ələ keçirilib. Həmçinin şübhəlilərdən 18-i həbs edilib, 3-ü haqqında isə məhkəmə nəzarəti qərarı çıxarılıb.
Mina Mikayılova