AZ

Tramp Ukrayna böhranını başa düşməyib, “24 saata həll” alınmır –Reuters

Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmaların əldə edilməsi aylar və ya daha çox vaxt aparacaq.

AzPost-un məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Reuters agentliyinə məlumat veriblər.

Onlar deyirlər ki, Trampın vəzifəyə gəldiyi ilk gündə Ukrayna böhranını həll edəcəyinə dair vədi “təşviqat kampaniyası gurultusu” və vəziyyətin mürəkkəbliyini başa düşməməsinin nəticəsidir.

Yanvarın 7-də Tramp etiraf edib ki, Ukraynadakı münaqişənin həlli onun seçki kampaniyası zamanı bildirdiyi 24 saatdan çox çəkə bilər. Seçilmiş Amerika liderinin administrasiyasında Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq da öz növbəsində 100 günlük müddətə riayət etmək istədiyini bildirib.

Seçilən
0
azpost.info

1Mənbələr