Dövlət Departamenti: Bayden administrasiyası Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcəyinə ümid edir...
Co Bayden başda olmaqla, səlahiyyət müddəti bitən ABŞ administrasiyası yeni seçilmiş prezident Donald Trampın komandasının anti-Rusiya sanksiyalarını qüvvədə saxlayacaqlarına ümid edir.
Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Növbəti administrasiyanın nə edib etməyəcəyi barədə danışmayacağam. Onlar öz qərarlarını verməli olacaqlar”, deyə Miller bildirib.
“Biz hesab edirik ki, tətbiq etdiyimiz sanksiyalar Rusiya iqtisadiyyatına onun hərbi maşınını maliyyələşdirmək imkanlarını müəyyən dərəcədə məhdudlaşdırmaqla zərər vurmaqda təsirli olub. Və ümid edirik ki, bu sanksiyalar qüvvədə qalacaqlar. Lakin bu qərar növbəti administrasiyanın səlahiyyətində olacaq”, deyə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Poliqon.info