AZ

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Ruzanna Bəşirova
    Xərclər üzrə konsultant 

Büdcəmizə təsir edən amillərdən biri də il ərzində aldığımız toy dəvətnamələridir. Bəs bir dəvətnamə bizə neçəyə başa gəlir? Bu dəvətlərə icabət etməkmi lazımdır, yoxsa dəvətnaməni bir kənara atmaqmı?

İslam dinində dəvətə icabət etmək müsəlmanın müsəlman üzərindəki haqqlarından biridir. Lakin günümüzdə bu, artıq kommersiya məsələsinə çevrilib. Buna görə də toy dəvətnamələrini alarkən iştirak etmək üçün öncə bir qədər düşünmək yaxşı olar.

Bundan öncəki iş yeimizdə birlikdə işlədiyimiz, lakin isti münasibətimiz olmadığı halda bizi toyuna dəvət edən bir çağırışa getmək bizim üçün çox da vacib deyil. Ümumilikdə isə, dəvətnaməni aldığımız şəxs ilə münasibətimizin necə olmağı bizim o toyda iştirakımızın nə qədər vacib olub-olmadığını göstərir.

Qaldı ki, hər gün və ya tez-tez tez üz-üzə gəldiyimiz şəxslərin toy dəvətnamələrinə verəcəyimiz reaksiyamıza o zaman fərdi davranmaq lazımdır. Burada iştirak etmək istəyi ilə yanaşı, həm də etik yanaşma da rol oynayır. Məsələn, əgər 10 nəfərlik bir kollektivdə çalışırsınızsa və kollektivdə sizdən başqa hər kəs iştirak edəcəksə, ciddi bir səbəbiniz olmadığı müddətdə iştirak etməməyiniz bir az qeyri-etik görünə bilər.

Aldığımız dəvətnamələrin bir qismi xərc, bir qismi isə yatırım statusuna keçir. Kimlərlə ki, münasibətimiz qalır və onların da bizim dəvətimizə gəlmə ehtimalı var, bu cür dəvətlər yatırımdır. Kimlərin ki, dəvətlərinə etik normalara görə və ya məcburiyyətdən dolayı gedirik, bəzən bu dəvətlər sadəcə xərc statusuna girir.

Bundan əlavə, toy xərcləri sadəcə toya nəmər olaraq yazılan məbləğlə bitmir. Bəzən toylar üçün xüsusi paltarlar, ayyaqqabı və aksesuarlar, eləcə də gözəllik salonları üçün çəkilən xərclər də daxil olur.

Toylara gedərkən nəmərdən əlavə digər xərclərin azaldılması isə sırf bizim özümüzə bağlıdır. Sadə şəkildə bəzənmək və sadə lakin şux geyinməklə də toyda iştirak edə bilərik. Yaxınlarımızın toy mərasimlərində isə ziyafət geyimlərini icarəyə götürmək də olar.

Seçilən
0
1
valyuta.az

2Mənbələr