AZ

Britaniyanın Baş naziri bu gün Kiyevə səfər edəcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Ukraynaya səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, britaniyalı siyasətçi Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Məlumata görə, Starmer Zelenski ilə 100 illik tərəfdaşlıq sazişi imzalayacaq.

Qeyd edək ki, bu Starmerin Ukraynaya ilk səfəridir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
50
missiya.az

10Mənbələr