Tik-Tok ABŞ-da fəaliyyətini sonlandıracaq.
Turkustan.az xəbər verir ki, apellyasiya məhkəməsi qadağa qərarını ləğv etməsə, Çinin sosial media tətbiqi Tik-Tok ABŞ Federal Məhkəməsinin qərarına uyğun olaraq 18 yanvar bazar günü ABŞ-dakı fəaliyyətini dayandıracaq.
Bununla belə, verilən qərarla TikTok tamamilə qadağan olunmaya bilər. Bir fikrə görə, hüquqi səbəblərdən yalnız Tik-Tok-u yükləmək qadağan edilə bilər və beləliklə, telefonlarında Tik-Tok olan istifadəçilər bu qadağadan təsirlənməyə bilər.
Lakin yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın 47-ci prezidenti Donald Tramp Tik-Tok qadağasını təxirə sala bilər.
Səlahiyyətlilərin fikrincə, belə qadağalar uzun sürmür. Tik-Tok-un fəaliyyətlərinin yenidən başlamasına icazə verilərsə, tətbiqə giriş qısa müddətdə mümkün olacaq.
Aytən Yaşar/ Turkustan.az