AzVision.az xəbər verir ki, televiziya ilə xalqa vida müraciətində Co Bayden ölkə Konstitusiyasının dəyişdirilməsinin zəruriliyini bildirib. Onun fikrincə, qanunu pozan prezidentləri və keçmiş dövlət başçılarını mühakimə etmək imkanı olmalıdır.
“Heç kimin vəzifədə olarkən törətdiyi cinayətlərdən immunitetə malik olmadığını aydınlaşdırmaq üçün bizə düzəliş lazımdır. ABŞ-də prezident hakimiyyəti mütləqiyyət deyil və belə də olmamalıdır”,- Amerikanın indiki prezidenti iddia edib.
Co Baydenin bununla məhz Donald Trampın bostanına daş atdığı şübhə doğurmur. Belə ki, demokratların nümayəndəsi olan Bayden 2020-ci il seçkilərində o vaxt 2-ci dəfə prezident seçilməkistəyən respublikaçı Donald Trampa qalib gəldi.Səvermənin nəticələrinin saxtalaşdırıldığını bildirən respublikaçı onda məğlubiyyətini etiraf etmədi.
2021-ci il yanvarın 6-da isə Vaşinqtonda onu dəstəkləyən mitinqə üçün toplaşan tərəfdarları Seçicilər Kollegiyasının səsvermənin nəticələrini təsdiqləməsinə mane olmaq üçün Konqresin binasına soxulublar. Daha sonra Demokrat konqresmenlər Trampı üsyana təhrikkdə ittiham etdilər və iki dəfə ona qarşı impiçment proseduruna başalamağa cəhd göstərdilər. Halbuki, o vaxta qədər Trampın artıq hakimiyyəti Baydenə ötürmüşdü. Bununla belə, Donald Tramp Senat tərəfindən bəraət aldı.
Keçən ilin iyulunda isə ABŞ-nin Ali Məhkəməsi prezidentlərin bütün rəsmi hərəkətlərə görə toxunulmazlığa malik olması barədə qərar qəbul edib. Öz qərarı ilə bağlı aydın təfsir verməyən Ali Məhkəmə bunu aşağı instansiya məhkəmələrnin ixtiyarına buraxıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta