AZ

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fərid Osmanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edirdi.
İnarə Vəliyeva ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırıb və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin növbəti dövründə sədrlik Fərid Osmanova tapşırılıb.
Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini bitirib. Bununla yanaşı, F.Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində informasiya sistemləri və idarəetmə üzrə magistr dərəcəsi alıb. İnformasiya texnologiyaları xidmətlərinin idarə edilməsi, həmçinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq sertifikatlara malikdir.
O, 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davam etdirib.
Fərid Osmanov 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
Seçilən
2
10
oxu.az

10Mənbələr