AZ

Britaniyanın Baş naziri Kiyevə gedib

Böyük Britaniyanın Baş naziri Kir Starmer gözlənilmədən Kiyevə səfər edib.

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, budəfəki gəlişin məqsədi ölkəsinin Ukraynanın təhlükəsizliyinə təminat verilməsi, eləcə də müdafiə, elm, energetika və ticaeət sahələrində əməkdaşlığı əhatə edəcək “100 illik tərəfdaşlıq haqqında” müqavilənin imzalanması ilə bağlıdır.

Bu, K. Starmerin vəzifəsinin icrasına başladıqdan sonra Ukraynaya gerçəkləşdirdiyi ilk səfərdir.

Qeyd edək ki, adıçəkilən ölkənin iri hərbi dəstəkçilərindən olan Böyük Britaniya Ukraynaya hərbi və humanitar dəstək tədbirləri çərçivəsində 12,8 milyard funt-sterlinq (16 milyard ABŞ dolları) həcmində vəsait ayrılacağını vəd edib.

Hazırda isə Krallığın hökumət başçısının daha 40 milyon funt-sterlinq (49 milyon ABŞ dolları) məbləğində növbəti yardım paketini elan edəcəyi gözlənilir.

Seçilən
6
4
apa.az

5Mənbələr