AZ

Böyük Britaniyanın baş naziri Kir Starmer Kiyevə gəlir

Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna paytaxtına elan olunmamış səfər edib...

Poliqon Assorsheid Press Agentliyinə istinadən xəbər verir ki, Britaniya hökuməti Starmer və Ukrayna prezidenti Vladimir Zelenski müdafiə, elm, enerji və ticarət kimi sahələri əhatə edən “100 illik tərəfdaşlıq” barədə saziş imzalayacaqlar.

Müqavilədə müdafiə və texnologiya layihələri, o cümlədən pilotsuz təyyarələr üzrə əməkdaşlıq nəzərdə tutulur. Müqaviləyə əsasən həmçinin Ukraynanın taxıl tədarükünü izləməyə kömək edən sistemin tətbiqi qurulacaq.

“Bu müqavilə təkcə indiki zamana aid deyil, həm də növbəti əsr üçün iki ölkəmizə investisiya qoyuluşu ilə bağlıdır”, deyə Böyük Britaniyanın baş naziri səfərdən əvvəl deyib.

The Guardian yazır ki, Kir Starmer səfər çərçivəsində Kiyevə iqtisadiyyatın bərpası üçün 40 milyon funt-sterlinq ayrılacağını elan edəcək.

Bu, Starmerin iyul ayında vəzifəyə başladıqdan sonra Ukraynaya ilk səfəridir. Starmer bundan əvvəl 2023-cü ildə müxalifət lideri olduğu dövrdə ölkəyə səfər edib.

Xatırladaq ki, Ukrayna Maliyyə Nazirliyi 2024-cü ildə Böyük Britaniyanı ən böyük maliyyə donorları sırasına daxil edib.

Poliqon.info

Seçilən
4
1
poliqon.info

2Mənbələr