Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin zabiti Krıma hücumun dəf edilməsi zamanı Ukraynaya məxsus dronun əvəzinə ölkəsinin Hərbi-Kosmik Qüvvələrinin Mi-8 helikopterini vurduğuna görə məhkum edilib.
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, zabit İqor Paşkova ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olan səhlənkarlıq ittihamı ilə hökm oxunub.