AZ

Məzahir Əfəndiyevin məqaləsi Avropa mətbuatında

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında 07 yanvar 2025-ci il tarixində Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinə dair “Azerbaijani press on the path of sustainable development” adlı məqaləsi dərc olunub.

Məqalədə bu gün dördüncü sənaye inqilabının baş verdiyi transformasiya dövrü fonunda ölkələr, xüsusilə də inkişaf etmiş, qlobal layihələrin iştirakçısına çevrilmiş dövlətlərin bütün sahələrdə öz yerlərini müəyyənləşdirmək və maraqlarını təmin etmək istədiyi, Azərbaycanın da öz növbəsində Cənubi Qafqazın lokomotivi olaraq öz məsuliyyətini tam aydın şəkildə dərk edərək, düşünülmüş çoxvektorlu xarici siyasət nümayiş etdirdiyi öz əksini tapıb.

Eyni zamanda, millət vəkili Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlərin artıq öz bəhrəsini verdiyini, xüsusilə Prezident İlham Əliyevin hər zaman azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, demokratik inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərə toxunub.

Burada isə əsas məqam cari ilin 07 yanvar tarixində ölkə başçısının yerli televiziya kanallarının nümayəndələri ilə 3 saata yaxın keçirdiyi görüşdən, həm 2024-cü ilin sosial-iqtisadi nəticələrinə, həm də 2025-ci ildə Azərbaycanın qarşısında duran vəzifələrə, yeni çağırışlara, istər ölkədə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə dair verdiyi müsahibənin əhəmiyyətindən ibarətdir. Məqalədə Prezident İlham Əliyevin səsləndirilən suallara öz fikrini bildirməsi bir neçə istiqamətdə ehtiva olunur.

Sonda M.Əfəndiyev məqalədə konstitusion suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası və qədirbilən Azərbaycan xalqının yenidən qürurlanacağını, Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli”ndə Cənubi Qafqazda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunmasının reallığa çevriləcəyini qeyd edib.

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

https://www.eureporter.co/azerbaijan/2025/01/14/azerbaijani-press-on-the-path-of-sustainable-development/

 

 

Seçilən
1
2
sabahinfo.az

3Mənbələr