AZ

Bayden hakimiyyətin çox az sayda ifrat zəngin insanın əlində cəmləşməsi təhlükəsi haqda xəbərdarlıq etdi...

"Bu gün Amerikada ifrat sərvət, güc və təsir oliqarxiyası formalaşır ki, bu da bizim bütün demokratiyamızı, əsas hüquq və azadlıqlarımızı və hər bir insanın irəli getmək üçün ədalətli şansını sözün əsil mənasında təhdid edir..."
 
ABŞ prezidenti Cozef Bayden vida nitqində  Birləşmiş Ştatlarda demokratiyanı təhdid edən “oliqarxiyanın” inkişafı ilə bağlı xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki,  bununla bağlı vida nitqindən sitatları "CNN" təqdim edib.
 
 "Mən ölkəni məndə dərin narahatlıq yaradan bəzi şeylər barədə xəbərdar etmək istəyirəm. Və bu, təhlükəli bir narahatlıqdır. Və bu, hakimiyyətin çox az sayda ifrat zəngin insanların əlində təhlükəli şəkildə cəmləşməsidir. Bu gün Amerikada ifrat sərvət, güc və təsir oliqarxiyası formalaşır ki, bu da bizim bütün demokratiyamızı, əsas hüquq və azadlıqlarımızı və hər bir insanın irəli getmək üçün ədalətli şansını sözün əsil mənasında təhdid edir”, -deyə Amerika prezidenti bildirib.
 
Bayden bir əsrdən çox əvvəl hakimiyyəti əlində cəmləndirmiş "quldur-baron"ların bir əsrdən çox müddət sonra anti-inhisar təcrübələrindən keçərək yenidən üzə çıxıdığını xatırladıb.
 
"Onlar(anti-inhisar qanunları-S.L.) varlıları cəzalandırmadı. Sadəcə, zənginləri hamının oynamalı olduğu qaydalarla oynamağa məcbur etdilər.
 
Fəhlələr öz ədalətli paylarını qazanmaq hüququ istəyirdilər. Onlarla müqavilə bağladılar və bu, bizim dünyada heç bir xalqın görmədiyi ən böyük orta sinfi və ən çiçəklənən əsri qurmaq yoluna düşməyimizə kömək etdi. Biz bunu yenidən etməliyik”, -deyə ABŞ lideri vurğulayıb.
 
S.Laçın
Seçilən
0
moderator.az

1Mənbələr