AZ

Avropa İttifaqı Rusiyaya daha bir sanksiya tətbiq edir: Alüminium sata bilməyəcək

Aİ-nin Rusiyaya qarşı tətbiq edəcəyi 16-cı sanksiyalar paketi çərçivəsində Rusiya alüminiumunun Aİ-yə idxalına qadağa qoyulması mümkündür. Bu barədə “Reuters” agentliyi Avropadakı diplomatik mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Avropa Komissiyası gələcək sanksiyalar paketinin təfərrüatlarını müzakirə etmək üçün artıq Birliyə üzv dövlətlərin nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib.

Qəzet qeyd edir ki, Aİ çox güman ki, mərhələli şəkildə Rusiyanın ilkin alüminiumunun Aİ-yə idxalına qadağa qoyacaq. Yeni sanksiyalar paketi çox güman ki, bu ilin fevralın 24-də, Rusiya-Ukrayna hərbi münaqişəsinin üçüncü ildönümündə yekun formada müəyyənləşəcək.

Seçilən
4
veteninfo.az

1Mənbələr