Qəzza zolağında İsrail ordusunun hücumlarında daha bir mətbuat mənsubunun ölümü ilə öldürülən jurnalistlərin sayı 205-ə yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamaya görə, bir çox media qurumunun müxbiri, redaktoru və prodüseri olan jurnalist Əhməd əl-Şiyah İsrail döyüş təyyarələrinin Xan Yunus şəhərindən qərbdəki Mevasi bölgəsində həyata keçirdiyi hücumlarda həyatını itirib.
Bildirək ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 205-ə yüksəlib.