AZ

Bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Boçorişvili Bakıya 2 günlük səfəri çərçivəsində XİN rəhbəri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüş keçirəcək.

Bununla yanaşı, gürcü nazir iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, M.Boçorişvili 2024-cü ilin noyabrından Gürcüstanın XİN rəhbəridir.

Seçilən
0
10
qafqazinfo.az

10Mənbələr