AZ

Suriyadan Türkiyəyə qarşı ŞOK QƏRAR

2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada qurulan müvəqqəti hökumət xüsusilə Türkiyə ilə ticarət əlaqələrini çətinləşdirən addım atıb.

Olaylar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Suriya höküməti gömrük rüsumlarını artırıb. Rüsumların artması ixracatçılar və suriyalı idxalçılar üçün ciddi maliyyə çətinlikləri yaradıb.

Suriyada yeni qurulan müvəqqəti hökumət Türkiyədən idxal olunan mallara tətbiq etdiyi vergiləri 300%-dən 500%-ə qaldıraraq ciddi iqtisadi çətinliklər yaradıb. Bu qərar iki ölkə arasındakı ticarəti demək olar ki, tamamilə dayandırıb.

Artan gömrük vergiləri xüsusilə dənli bitkilər, paxlalı məhsullar, yağlı toxumlar və digər ərzaq məhsulları ixracatçılarını çətin vəziyyətə salıb. İxracatçılar rəqabət qabiliyyətlərini itirməkdən və məhsullarını sərhəddən keçirə bilməməkdən narahatdırlar.

Türkiyənin Ticarət Nazirliyi və Xarici İşlər Nazirliyi vəziyyətin həlli üçün Suriyanın müvəqqəti hökuməti ilə danışıqlar aparır. Nazir Hakan Fidanın rəhbərliyi ilə keçiriləcək görüşdə gömrük rüsumlarının məqbul səviyyəyə endirilməsi müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
2
olaylar.az

3Mənbələr