Türkiyənin Adana şəhərində silahlı insident baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Adananın Çinarlı məhəlləsində iki qrup arasında başlayan mübahisə silahlı insidentə çevrilib.
İnsident nəticəsində 2 qardaş həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.
Əraziyə polis qrupları cəlb edilib.
Yaralanan şəxs xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə