AZ

AFFA məşqçilərdən birini göndərdi, biri qalmadı, bu iki nəfər isə…

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısının keçirilməsi nəzərdə tutulub.

Son anda plan dəyişməsə, komitə üzvləri federasiyanın inzibati binasında bir araya gələcək.

Gündəlikdə bir neçə məsələ var. Yığıncaqda aşağı yaş qrupları üzrə yığmaların yeni baş məşqçilərini seçiləcək. AFFA-nın texniki direktoru Cahangir Həsənzadə namizədlərin siyahısını hazırlayıb.

U-15, U-16, U-17, U-19 və U-21-də çalışmağa ümumilikdə 20-yə yaxın mütəxəssisin adı qeyd olunub. Elə komanda var ki, ora 3, eləsi var ki, 4 məşqçi namizəddir.

Yanvarın 1-dən etibarən bu komandaların sükanı arxası boşdur. AFFA funksionerləri hazırda iki variantı nəzərdən keçirir - ya millilər əcnəbi məşqçilərə tapşırılacaq, ya da yerlilərə.

Vitse-prezident Elşad Nəsirov başda olmaqla, bir qrup xaricilərə üstünlük verməyin tərəfdarıdır. İcoaçı vitse-prezident və baş katib Sərxan Hacıyev isə azərbaycanlı məşqçilərin təyinatını istəyir.

Təbii ki, son söz «İspalkom»da deyiləcək. Burada isə Nəsirov səsvermə hüququna malikdir, Hacıyev yox.

Son məlumata görə, AFFA Elxan Abdullayevi U-19-dan uzaqlaşdıracaq. Onunla müqavilənin uzadılmayacağı dəqiqləşib.

Bir neçə ildir yığmalarda yerdəyişmə edən Aqil Nəbiyev və İlham Yadullayevi isə daha 1 il buralarda görə bilərik.

Yönətimin onlarla əməkdaşlığı davam etdirmək niyyətində olması barədə xəbərlər gəlməkdədir.

Füzuli Məmmədova gəlincə, o, «Mingəçevir»in sükanı arxasına keçdiyindən, AFFA ilə müqaviləsini yeniləməyib.

SPORTİNFO.AZ

Seçilən
3
1
sportinfo.az

3Mənbələr