Milli Qvardiyanın “Azov” xüsusi təyinatlı 12-ci briqadasının döyüşçüləri 23 rus işğalçısını əsir götürüb. Bu, Toretsk istiqamətində baş verib.
Məlumatı briqadanın özü verib. Qeyd olunur ki, əsir düşən ruslar arasında həm könüllü təslim olan, həm də zirzəmilərdə tapılan və ya basqınlar zamanı əsir düşənlər var. “Rusiya Silahlı Qüvvələrinin bu əsgərlərinə sağ qalmaq qismət olub. Onların hamısı Toretsk istiqamətində hərbi əməliyyatlar zamanı 12-ci Azov briqadasının döyüşçüləri tərəfindən əsir götürülüb.
Məhbusların vəziyyəti qənaətbəxşdir və adekvat saxlanma şəraiti var”, – məlumatda deyilir. Hərbçilər müvafiq xidmətlərə təhvil veriləcək. “Ümid edirik ki, yaxın gələcəkdə onlar əsir götürülmüş ukraynalı müdafiəçilərlə dəyişdiriləcək”, – “Azov” Briqadası əlavə edib.
//Samir Qurbanov, Editor.az