AZ

Ordumuzun PUA ilə vurduğu generala hökm oxundu

Ermənistan məhkəməsi hərbi cinayətkar, general-leytenant Cəlal Arutyunyanı təqsirli bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Liparit Simonyan məlumat erib.

Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsi üzrə (hərbi səhlənkarlıq, hərbi vəziyyət, müharibə zamanı və ya döyüş şəraitində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ilə təqsirli bilinib. Generalın hansı cəzanı alacağı isə yaxın vaxtlarda məlum olacaq.

İttihama görə, Arutyunyanın yalan məlumat verməsi nəticəsində 44 günlük müharibə zamanı "N" saylı hərbi hissənin "D-20" artilleriya diviziyasının 20 əsgəri (Qarabağda – red.) ölüb.

Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük müharibə vaxtı ləğv edilmiş separatçı rejimin “müdafiə naziri” olub. General müharibənin əvvəlində Azərbaycan ordusunun PUA zərbəsi ilə yaralanıb. Hərbi cinayətkarın hərəkətdə olan maşını dronla vurulsa da, o, xilas ola bilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
5
teleqraf.com

1Mənbələr