AZ

Britaniyanın Baş naziri Kiyevə qəfil səfər edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynanın paytaxtına elan olunmamış səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Britaniya hökuməti bildirib ki, Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə, elm, energetika və ticarət kimi sahələri əhatə edən "100 illik tərəfdaşlıq" müqaviləsi imzalayacaqlar.

Müqavilə sayəsində hər iki tərəfi müdafiə sahəsində və pilotsuz uçuş aparatları da daxil olmaqla texnoloji layihələrdə əməkdaşlıq edəcək. Ukraynaya taxılının tədarükünü izləməyə kömək edən sistemin tətbiqi də sənəddə öz əksini tapıb.

Bu, Starmerin 2024-cü ilin iyulunda vəzifəyə başladıqdan sonra Ukraynaya ilk səfəridir. Baş nazir kimi o, artıq Zelenski ilə iki dəfə telefon danışıqları aparıb.

Seçilən
6
3
ikisahil.az

4Mənbələr