AZ

İngiltərədə sağlamlıq böhran yaranıb

Bakı, TurkicWorld

Böyük Britaniyada Milli Səhiyyə Sistemi (NHS) artan qrip halları və işçi çatışmazlığı səbəbindən böyük təzyiq altındadır.

TurkicWorld xəbər verir ki , İngiltərənin Səhiyyə Naziri Ues Stritinq vəziyyəti qəbuledilməz adlandıraraq, mövcud böhranın səhiyyə sistemində illərlə davam edən problemlərin nəticəsi olduğunu qeyd edib.

Son həftələrdə artan qrip hallarının xəstəxanalarda kritik yüklənməyə səbəb olduğu bildirilir. Belə ki, təkcə bir həftə ərzində NHS-in 53,000 işçisi xəstəlik məzuniyyəti alıb.NHS işçiləri üçün peyvənd nisbətlərinin də aşağı olması problemi daha da dərinləşdirib.

Stritinq səhiyyə sistemindəki hazırkı vəziyyəti uzun müddət davam edən uğursuz səhiyyə siyasətinin nəticəsi kimi qiymətləndirib.

Xəstələr çox vaxt təcili yardım maşınlarında və ya xəstəxana koridorlarında saatlarla gözləmək məcburiyyətində qalır. Bəzi xəstəxanalar kritik vəziyyət elan edib, planlaşdırılmış əməliyyatları və görüşləri təxirə salmaq məcburiyyətində qalıb. Koridorlarda müalicə olunan xəstələr isə öz növbələrində narazılıqlarını bildiriblər.

Hökumət NHS-in uzunmüddətli ziyanını aradan qaldırmaq və sistemdə islahatlar həyata keçirmək üçün hazırda bir sıra planlar üzərində işləyir.

Nazir Stritinq yaxın zamanda vəziyyətin düzəlməsinin çətin olduğunu və gələn qışda da oxşar problemlərin baş verə biləcəyini bildirib.

Seçilən
0
turkic.world

1Mənbələr