NATO-nun baş katibi Mark Rutte Rumıniya vasitəsilə üçüncü dünya müharibəsini başlatmağa çalışır.
Rumıniya prezidentliyinə müstəqil namizəd Kalin Georgesku bu barədə X sosial şəbəkəsində yayımlanan podkastda amerikalı bloger və jurnalist Aleks Consa bildirib.
“NATO-nun rəhbəri cənab Rutte öz qaydalarını tətbiq etməyə və xüsusən də Rumıniya vasitəsilə Ukrayna regionunda üçüncü dünya müharibəsi başlatmağa çalışdı”, – deyə TASS-dan sitat gətirir.
Georgesku qeyd edib ki, Rumıniyasız Ukraynada münaqişəyə nəzarət etmək mümkün deyil.
Onun fikrincə, hazırda NATO-da münaqişəyə son qoymağa çalışan seçilmiş ABŞ prezidenti Donald Trampla onun davam etdirilməsinin tərəfdarı olan “Avropa qanadı” arasında parçalanma var.
DOĞRU.AZ