AZ

Saxta içkidən zəhərlənənlərin sayı 10-a ÇATDI

İstanbulda saxta spirtli içki qəbul edərək ölən Özbəkistan vətəndaşlarının sayı 10-a çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bir gün əvvəl diplomatik nümayəndəlik İstanbulda 5 kişi və bir qadının saxta spirtli içkidən öldüyünü bildirmişdi. 

Ümumilikdə, Baş Konsulluğun məlumatına görə, İstanbulda onlarla insan saxta spirtdən zəhərlənib, onların əksəriyyəti əcnəbilərdir.

Həmçinin, İstanbulda saxta spirtli içkilərin istehsalı və yayılması ilə məşğul olan iki Türkmənistan vətəndaşının həbs edildiyi, barələrində cinayət işi açıldığı, polisin araşdırma apardığı bildirilib. 

Türkan İSGƏNDƏRLİ

Seçilən
5
redaktor.az

1Mənbələr