AZ

Son illərdə plastik cərrahiyyə üzrə ATU-dan məzun olanların sayı açıqlandı

Bakı. Trend:

Plastik əməliyyat zamanı ölüm hallarının baş verməsi, diplomsuzplastik cərrahların fəaliyyət göstərməsi, son olaraq SəhiyyəNazirliyinin plastik cərrahlara çağırış edib diplomlarını,sənədlərini təqdim etməyə səsləməsi göstərir ki, bu məsələ xüsusiolaraq diqqət mərkəzindədir.

Bəs Azərbaycan Tibb Universitetində (ATU) plastikcərrahiyyə ixtisası məzunlarının sayı nəqədərdir?

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) mətbuatkatibi Günel Aslanova Trend-in sorğusuna cavab olaraq bildirib ki, ATU-darezidentura səviyyəsində "Plastik cərrahiyə" ixtisası tədrisolunur.

O qeyd edib ki, tədris 3-cü Cərrahi xəstəliklər kafedrasıtərəfindən aparılır.

“Ötən illər ərzində (2012-2024) beş tələbə məzun adını qazanıb.Bir tələbə isə yekun attestasiya imtahanında iştirak etməyib.2024-cü ildə bir nəfər məzun olub.

Hazırda yeddi tələbə "Plastik cərrahiyə" ixtisası üzrə təhsilalır. Bir tələbə isə xaric olunub. ATU-da Rezidentura pilləsindəhəm yerli, həm xarici tələbələr təhsil ala bilər”, - deyə o əlavəedib.

Qeyd edək ki, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiqəmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, AzərbaycanRespublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və TəhsilNazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi TəftişKomissiyası yaradılıb. Azərbaycan Respublikasının ərazisindəpraktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşəfəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariatqaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili,diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbifəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə,sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədəkAzərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdimetməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədəktəqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti iləməşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiyaşəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Seçilən
6
2
az.trend.az

3Mənbələr