AZ

Ramal Aslanov niyə sərbəst buraxıldı?-ŞOK İDDİA

Bu barədə jurnalist Samir Feyruzov sosial şəbəkədə şok iddia irəli sürüb. Onun yazısını olduğu kimi təqdim edirik:
Ramal Aslanov bu səbəblərə görə cəzalandırılmadı...
DSX mayoru Fuad Zeynalova hücum sifarişi verib onu döydürən Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov cəmi 2 gün saxlanıldı və sərbəst buraxıldı. 

Əldə etdiyim məlumata görə, R Aslanov Bakı Baş Gömrük Baş İdarəsinin rəisi Elmir Ramazanovun bacanağıdır. 

E.Ramazanovun Azərbaycan İnvestisiya Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin kadrı və adamı olduğu bildirilir.  

M.Eynullayev isə ölkənin iqtisadi blokuna rəhbərlik edən iki əsas şəxsdən biridir. 

Məntiqlə baxanda R Aslanov sərbəst qalmalı idi, çünki onun himayədarları zəif adamlar deyil, əllərində dəhşətli pul kütləsi var. Onun ən yaxın dostları icra başçısı, "Olympus park" tikinti şirkətinin sahibi, paytaxt gömrüyünün rəisi və s.... Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər. 

Samir Feyruzov
Seçilən
9
yenilik.az

1Mənbələr