AZ

“Mutlu” akkumulyatorlarının Azərbaycandakı distribütoru cərimələndi

“Mutlu” akkumulyatorlarının Azərbaycandakı distribütoru “Rovel Trading” MMC cərimələnib.

Pravda.az-ın xəbərinə görə, qərar Abşeron Rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Seçilən
0
1
tribunainfo.az

10Mənbələr