AZ

Məhkəmə Coratda ərini öldürən qadınla bağlı qərar çıxardı

Sumqayıt Apellyasiya Məhkəməsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsanə Məmmədova Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə təqsirli bilinərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.


Qeyd: Hadisə 2023-cü ilin avqust ayında Sumqayıt şəhəri, Corat qəsəbəsində qeydə alınıb. Ağahüseyn İmanovun həyat yoldaşı, 34 yaşlı Əfsanə Məmmədova tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.


Məhkəmə dövründə Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində – fizioloji affekt vəziyyətində olub və öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.

 

Kamal Məmmədov 

Tarix: 16 Yanvar 2025, 10:49   
Seçilən
3
6
pravda.az

7Mənbələr