Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ABŞ konqresmenləri Frenk Pallone və Devid Valadao ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi özünün “X” sosial media hesabında məlumat yayıb.
“Mənim Ermənistan-ABŞ strateji tərəfdaşlığı məsələsini Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədrləri Frank Pallone və David Valadao ilə müzakirə etmək imkanım olub. Mən Ermənistana ikitərəfli dəstəyin davam etdirilməsinin vacibliyini vurğuladım”,- deyə Kostanyan bildirib.
Məlumata görə, görüşdə Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts da iştirak edib.
Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.
Daşqın HəsənovMissiya.Az