Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 23-ə çatıb.
Bu barədə Türkiyənin NTV telekanalı qubernatorun açıqlamasına istinadən xəbər verir.
“Son 48 saat ərzində ümumilikdə 66 alkoqoldan zəhərlənmə hadisəsi baş verib, 23 nəfər alkoqoldan zəhərlənib”, – məlumatda deyilir.
Qeyd olunur ki, 32 nəfərin müalicəsi reanimasiya şöbələrində davam edir.
Daha əvvəl 19 nəfərin spirtli içkidən zəhərlənərək öldüyü bildirilirdi.
DOĞRU.AZ