AZ

Avropa diplomatiyasının rəhbəri Rusiyanı dəniz təxribatında ittiham edir

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiya və Çini dəniz təxribatında ittiham edərək, Baltik və Cənubi Çin dənizlərində sualtı kabellərə hücumların sadəcə təsadüf olub-olmadığını nəzərdən keçirməyə çağırıb...

 

Poliqon xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

"Kreml illərdir Avropaya qarşı dezinformasiya və kiberhücumlardan tutmuş enerjidən silah kimi istifadəyə qədər hibrid kampaniya aparır. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bu səylər kəskin şəkildə güclənib", deyə Kallas bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiya Avropanın üzləşdiyi yeganə problem deyil. O, Çin gəmilərinin Baltik dənizində kabelləri zədələməkdə iştirak etdiyini və bunun uzun illərdir Tayvan boğazında dəfələrlə müşahidə edildiyini bildirib. Kallas hesab edir ki, Çinin Rusiyaya dəstəyini nəzərə alsaq, belə bir inkişafı təsadüf kimi görmək çətindir.

"Çin Rusiyanın hərəkətlərinə reaksiyamızı diqqətlə izləyir. ABŞ Çinlə problem yaşamamaq üçün Rusiyaya qarşı sərt mövqe tutmalıdır. Bu gün Ukraynaya dəstək Amerika qoşunlarını gələcək münaqişələrdən qorumağa kömək edir", deyə Kallas qeyd edib.

Qeyd edək ki, NATO infrastruktur təhlükəsizliyini təmin etmək üçün Baltik dənizində patrul missiyasına başlayıb. Bu, son vaxtlar sualtı kabellərin zədələnməsi ilə əlaqədardır. Regionun dövlət başçıları Baltikyanı regionda istənilən təxribat cəhdlərini dayandırmaq, həmçinin sanksiyalardan yan keçən və təhlükəsizliyi təhdid edən istənilən şübhəli gəmilərə qarşı tədbirlər görmək niyyətindədirlər.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr