Yunanıstanın "Olimpiakos" klubu Yunanıstan kubokunun 1/4 final mərhələsinin ilk oyununa çıxıb.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” Yunanıstan Kubokunda 1/4 final mərhələsinin ilk matçını keçirib.
"Operativ Media" xəbər verir ki, Pirey klubu səfərdə “Panatinaikos”la qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
“Panatinaikos”un qolunu Filip Yuriçiç, “Olimpiakos”un qolunu isə Roman Yaremçuk vurub.
Bu iki komanda arasındakı cavab oyunu fevralın 5-də baş tutacaq.
“Qarabağ” isə yanvarın 30-da səfərdə “Olimpiakos” ilə üz-üzə gələcək.