AZ

Rusiyanın ehtiyatları 609 milyard dollara qədər azalıb

Rusiyanın beynəlxalq ehtiyatları 2024-cü ilin dekabrında əvvəlki ayla müqayisədə 1,2 faiz azalaraq 609 milyard dollar olub.

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara görə, ölkənin beynəlxalq ehtiyatları 2024-cü il dekabrın 1-i ilə müqayisədə 1,2 faiz azalaraq yanvarın 1-nə 616,5 milyard dollardan 609 milyard dollara düşüb.

Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və hökuməti tərəfindən idarə olunan valyuta, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.

Qərb ölkələri Ukraynadakı müharibəyə görə Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışı dondurub.

Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında qızılın payı 2024-cü ilin iyulunda 29,8 faiz artaraq 2000-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr