Sənubər Nəzərova “Veysəloğlu” Şirkətlər Qrupunda Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
Ölkə.az xəbər verir ki, bununla bağlı qurumun mətbuat katibi Məhəmmədəli Qəribli məlumat yayıb.
O bildirib ki, S.Nəzərovanın əsas fəaliyyət istiqaməti şirkətin PR strategiyasını idarə etmək və korporativ tədbirlərin təşkilindən ibarət olacaq.
Qeyd edək ki, Sənubər Nəzərova bu təyinatdan əvvəl Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi kimi fəaliyyət göstərib.