AZ

Erməni iş adamı Beyrutdakı evində QƏTLƏ YETİRİLDİ – FOTO

Erməni iş adamı Beyrutdakı evində qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, erməni ictimai xadim və iş adamı Vaçe Arslanyan Beyrutdakı evində qətlə yetirilib.

Qətl xristianların yaşadığı Əşrəfiye rayonunda baş verib. Evdə başqa ailə üzvləri olmayıb.

Arslanyanı çarpayıya bağlayıb döyüblər, sonra da güllələyiblər.

İlkin versiyaya görə, cinayətkarların məqsədi soyğunçuluq olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
1
interpress.az

1Mənbələr