AZ

Kartofda virus aşkar edildi – Ölən var

İzmirin Buca rayonunda bişmiş kartof yeyərək xəstəxanaya yerləşdirilən və dünyasını dəyişən qadının ölümündən sonra iş sahibi həbs edilib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, yoxlamalar zamanı müəssisədə qida məhsullarında salmonella virusu aşkar edilib.

Xəstəxanaya yerləşdirilən və bişmiş kartof yeyərək dünyasını dəyişən qadının ölümü ilə bağlı saxlanılan biznes sahibi həbs edilib.

Qeyd edək ki, hadisə küçədəki kumpir mağazasında baş verib. Əldə edilən məlumata görə, iş yerindən bişmiş kartof yedikdən sonra pisləşən Bahar Zeyrek, anası Sərvət Polat və 11 yaşlı oğlu Gökhan Zeyrek müalicə aldıqları Buca Seyfi Dəmirsoy Təhsil və Araşdırma Xəstəxanasında evlərinə dönüblər. Həmin gün qusma və ishal şikayətinə gediblər. Hadisədən 2 gün sonra ana Sərvət Polat evin tualetində ölü tapılıb. Ailə şikayətlənib.

 

Dəniz

Seçilən
1
tribunainfo.az

1Mənbələr