AZ

ABŞ siyasətçiləri Baydenin vida nitqini kəskin tənqid edir

Amerikalı siyasətçilər, jurnalistlər və ictimai xadimlər səlahiyyət müddəti bu həftə başa çatan prezident Co Baydenin vida nitqini tənqid ediblər...

 

Poliqon xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Konqresmen Darrell İssa sosial mediada yazıb: "Co Bayden vəzifəsini gəldiyi kimi tərk edir: xırda, tərəfkeş və düzünü demədən".

Senator Markvayn Mullin qeyd edib ki, Bayden sərhəd təhlükəsizliyi, xərclərin azaldılması və "güc vasitəsilə sülh" konsepsiyasını təşviq etmək şəklində "iqlim isteriyasını" ABŞ-ın real prioritetlərindən üstün tutur.

ABŞ Demokratlar Partiyasının keçmiş müşaviri Den Turrentine də vəzifədən gedən ABŞ prezidentinin çıxışının "çox qaranlıq" olduğunu qeyd edib.

Jurnalist və Fox News-un şərhçisi Qreq Qutfeld ABŞ prezidentinin çıxışını şərh edərkən onun "utancverici və acınacaqlı son" olduğunu bildirib. Radio aparıcısı Kliy Travis onun ikinci müddətə namizədliyini irəli sürmək cəhdini heç bir əsası olmayan ən ehtiyatsız qərar adlandırıb.

82 yaşlı Co Bayden ABŞ-ın 46-cı prezidentidir və 20 yanvar 2021-ci ildən bu vəzifəni icra edir. O, 2009-2017-ci illərdə prezident Barak Obamanın vitse-prezidenti olub. 1973-2009-cu illərdə ABŞ Senatında Delaver ştatını təmsil edib.

Baydenin prezidentlik müddəti yanvarın 20-də, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasimi zamanı başa çatır. Bayden dörd illik hakimiyyətdən sonra səlahiyyət müddətini başa vurur.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr