AZ

Gömrük prosedurlarının əlaqələndirilməsi türk dövlətlərinin iqtisadi potensialının reallaşdırılması üçün yeni imkanlar açır - Şahin Bağırov

Bakı. Trend:

Müasir dünyada qlobal ticarət axınlarının səmərəli təşkili üçüngömrük xidmətlərinin əlaqələndirilməsinin gücləndirilməsi, vahidstandartların və müasir texnologiyaların tətbiqi vacibdir.

Trend xəbər verir ki, bunu bu gün Dövlət GömrükKomitəsinin sədri Şahin Bağırov Türkdilli Dövlətlər Təşkilatına(TDT) üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin X iclasındaçıxışı zamanı deyib.

"Türk dövlətlərinin gömrük xidməti rəhbərlərinin X görüşüticarətin asanlaşdırılması, regional təşəbbüslərin gücləndirilməsivə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından böyükəhəmiyyət kəsb edir. Gömrük prosedurlarının əlaqələndirilməsi vətranzit marşrutlarının optimallaşdırılması türk dövlətlərininiqtisadi potensialının reallaşdırılması və regional inkişafınsürətləndirilməsi üçün yeni imkanlar açır. Mühüm layihələrdən biridə regionda ticarətin genişləndirilməsi və iqtisadi əlaqələringücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edən sadələşdirilmişgömrük dəhlizidir", - o bildirib.

Onun sözlərinə görə, gömrük xidməti tərəfindən təklif olunan“tək pəncərə” prinsipinin tətbiqi yolu ilə beynəlxalq Trans-XəzərŞərq-Qərb dəhlizi boyunca tranzit gömrük prosedurlarınınsadələşdirilməsi layihəsi mühüm addımdır.

"Bu layihə malların və nəqliyyat vasitələrinin dəhliz üzrə vahidbəyannamə əsasında hərəkətinə, məlumatların elektron şəkildəmübadiləsinə və tranzit sənədi kimi əvvəlcədən təqdim edilmişgömrük tranzit bəyannaməsindən istifadə etməyə imkan verir.İnanırıq ki, bu, ticarət proseslərinin daha səmərəli vəsadələşdirilmiş təşkilinə, eləcə də, regionun logistikpotensialının artırılması kimi mühüm məqsədlərə nail olunmasınatöhfə verəcək.

Müasir dövrdə gömrük xidmətlərinin avtomatlaşdırılması, elektronsənəd dövriyyəsi sistemlərinin və rəqəmsal nəzarət mexanizmlərinintətbiqi sərhəd-keçid prosedurlarının sürətləndirilməsinə,qeyri-qanuni ticarətin qarşısının alınmasına və ticarətproseslərinin şəffaflığının artırılmasına mühüm töhfə verir. Bukontekstdə elektron plomblar və GPS əsaslı izləmə sistemləri xüsusiəhəmiyyət kəsb edir. Bu texnologiyalar həm yükdaşımalarıntəhlükəsizliyini təmin edir, həm də tranzit proseslərinin etibarlıvə səmərəli izlənməsinə imkan verir. Yüklərin hərəkətini real vaxtrejimində izləməyə imkan verən sistemlər treyderlər arasında inamyaradır və qeyri-qanuni müdaxilənin qarşısını alır", - Ş.Bağırovəlavə edib.

Seçilən
11
az.trend.az

1Mənbələr