AZ

Ermənistanda Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinə yeni rəhbər təyin edilib

Ermənistanın baş naziri Nikol Paşinyan Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin rəhbəri vəzifəsinə namizədi müəyyən edib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin saytında məlumat verilib.

Xidmətin yeni rəhbəri Siro Amirxanyan olub. Bu post Paşinyanın Xidmətin rəhbəri vəzifəsinin müvəqqəti icraçısı Arsen Mnatsakanyanı işdən azad etməsindən sonra təxminən bir ay vakant qalmışdı.

Yeni təyinata qədər Amirxanyan Baş Prokurorluğun Qanunsuz mənşəli əmlakın müsadirəsi üzrə İdarəsinin rəisi olub.

Seçilən
0
report.az

1Mənbələr